"ALQ Spor"un preizdenti "Beşiktaş" klubunu şikayət edəcəyini açıqlayıb

"ALQ Spor" klubunun prezidenti Əli Gözcü "Beşiktaş"ı qanuni yerlərə şikayət edəcəyini açıqlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar"ın rəqib komandanın futbolçusu ilə bağlı yaydığı bəyanatda :"Patrisia Setko əslində qadın deyil. Kişi futbolçnun şəxsiyyət vəsiqəsini dəyişərək qaydaları pozublar",-deyilib.

"ALQ Sports"un prezidenti Əli Gözcü açıqlamasında :"Bu açıqlama biyabırçılıqdır. Sən "Beşiktaş"san. Məğlub olduğun zaman qəbullanmağı bacarmalısan. İqrçilik etmək və ya başqa bir qadına belə bir böhtan atmaq sadəcə sizə yaraşır",-deyib.

Qeyd edək ki, Patrisia Setko da "Beşiktaş" klubunu məhkəməyə verəcəyini açıqlayıb.