Ançelotti: "Barselona" hələ də böyük komandadır"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "El-Klasiko"dan sonra qələbəni şərh edib.

Sportline.az xəbər verir , Ançelotti İspaniya çempionatının 11-ci turunun matçında "Barselona"ya qalib gəlmələrindən danışıb.

“Oyunda əsas şey birinci və ikinci hissələrdə olan fərqlilik idi. İlk hissədə ləng idik və çox aqressiv deyildik. İkinci yarıda isə əksinə idi. Bəli, Bellinqhemin çıxışı bizi təəccübləndirir. Xüsusilə də səmərəlilik baxımından. Statistik baxımdan bu çox önəmlidir. "Barsa" hələ də böyük komandadır".

Qeyd edək ki, "Real" 28 xalla liderdir.