Ançelotti sabahkı "El-Klasiko"dan danışdı

Karlo Ançelotti sabah keçiriləcək "El-Klasiko" ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi mətbuat konfransında La Liqanın 11-ci turunda "Barselona" ilə oyunda Bellingemin də olacağını bildirib.

“Şansların bərabər olması ilə bağlı Xavi ilə razıyam. "El-Klasiko" həmişə ağır mübarizə ilə keçir. Ümid edirəm ki, azarkeşlər bu matçdan zövq alacaqlar. “Barselona”da kimin oynayacağını bilmirəm. Mənim üçün önəmli olan Bellingemin oyuna hazır olmasıdır" - deyə Ançelotti bildirib.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" matçı sabah Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.