Ançelottidən şad xəbər: Bellingem...
Cud Bellingemin durumuna aydınlıq gəlib.
Sprotline.az xəbər verir ki, "Marca"ya danışan "Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçinin səhhəti barədə şad xəbər verib.
“Bellingem özünü yaxşı hiss etdiyini deyir. O bu gün normal məşq edib. Cud hazırdır yaxın saatlarda möcüzə baş verməsə, düşünürəm ki, o, "Valensiya" ilə oyuna çıxacaq”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Bellingem "Rayo Valyekano" ilə qarşılaşmada çiynindən zədə almışdı.