Andres Pereyra karyerasını ölkəsində davam etdirəcək

"Fulhem"in brazilyalı futbolçusu Andres Pereyra yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az "GOAL" nəşrinə istinadən xəbər verir ki, Brazilyanın "Korintians" klubu A.Pereyranı transfer etmək üçün hərəkətə keçib. 

"Korintians"ın rəhbərliyi bu keçid üçün "Fulhem"ə 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Pereyranın "Fulhem"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.