Andrey Lunyov zədəsindən danışdı

Öyən gecə "Bayer"lə Avropa Liqası matçında zədələnən "Qarabağ"ın qolkiperi Andrey Lunyov son durumundan danışıb.

Sportline.az "Sport24"ə istinadla xəbər verir ki, rusiyalı qapıçı zədəsilə bağlı nikbin danışıb.

"Mənim hələ zədənin şiddəti və sağalma müddəti barədə məlumatım yoxdur. Milliyə çağırıldıqdan sonra ilk dəfə deyil ki, zədələnirəm. Təbii ki, xoşagəlməz hadisədir. Amma ümid edirəm ki, bu o qədər də ciddi olmayacaq və növbəti oyunlarda özümü toparlayacağam. Təbii ki, mən hələ də milli komandada oynamağa ümid edirəm”, - deyə Lunyov bildirib.