"Ankaragücü" "Çaykur Rizespor" görüşü qalmaqalla yadda qalıb
"Ankaragücü" " Çaykur Rizespor" matçının baş hakimi Umut Meler final fitindən sonra döyülüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, başa çatan oyunun ardından "Ankaragücü"nün prezidenti Faruk Koca meydana daxil olaraq Umut Melerə yumurq atıb.
Yumruq zərbəsindən sonra yerdə qalan baş hakim daha sonra futbolçular tərəfindən təpiklənib.
Qeyd edək ki, "Anakaragücü" "Çaykur Rizespor" görüşü 1-1 hesablı heç-heçə ilə başa çatıb.