"Ankaragücü"nün prezidenti polis tərəfindən saxlanıldı
"Ankaragücü" "Rizespor" görüşündə baş hakim Umut Melerə yumruq atan Faruk Koca polislər tərəfindən saxlanılıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Faruk Kocanın bu hərkətindən sonra Türkiyə Futbol Federasiyası (TFF) Super liqa oyunlarını müddətsiz olaraq dayandırıb.
Oyuunun baş hakimi Umut Meler hadisədən sonra karyerasını başa vurub.
Qeyd edək ki, "Ankaragücü" "Rizespor" görüşü 1-1 hesablı heç-heçə ilə başa çatmışdı.