Anri "Qızıl top"a namizədini açıqladı

İngiltərə futbolunun tanınmış simalarından olan Tyerri Anri "Qızıl top"a namizəini açıqlayıb.

Sportline.az xəbər verir ki, yaxın keçmişin futbol ulduzu bu ada "Barselona"nın forvardı Rafinyanı daha layiq olduğunu bildirib.

"Rafinya hazırda bu ada namizədlərin hamısını qabaqlayır. O, Çempionlar Liqasında 11 qol vurub. Salah, Keyn, Dembele də əsas namizədlər sırasındadır. Amma Rafinya onların hamısından yaxşı formadadır", - deyə Anri "Mundo Deportivo" nəşrinə münasibətini açıqlayıb. 

Qeyd edək ki, Rafinya cari mövsümdə meydana çıxdığı 41 oyunda 27 qol və 19 asist müəllifidir.