Araz Abdulayevdən möhtəşəm qol

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib ALKİ kollektivi olub. 

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.

A.Abdullayev start heyətində meydana çıxıb və əsas vaxta əlavə edilən dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, aktivində 33 xalı olan "Anortosis" zirvədə qərarlaşıb.