“Araz-Naxçıvan” “Aris” səddini adlayıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb.

Sportline.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubunun heyətində isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.