“Araz-Naxçıvan” futbolçusunu icarəyə verib
“Araz-Naxçıvan” klubu futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.
Sportline.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını I Liqada keçirəcək.
O, mövsümün sonuna qədər “Difai” klubunun formasını geyinəcək.
Qeyd edək ki, Bayraməli Qurbanov bu mövsüm Premyer Liqanın 9 oyununda 109 dəqiqə meydanda olub.