"Araz-Naxçıvan" "Qəbələ"yə qarşı oyuna itkilərlə çıxacaq
"Araz-Naxçıvan" bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qəbələ"nin qonağı olacaq.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmail Azzaui zədəli olduğuna görə bu gün keçiriləcək matçda "Araz-Naxçıvan"a kömək edə bilməyəcək. Vanderson isə cəzalı – passivində 4 sarı vərəqə olduğuna görə qarşılaşmanı kənardan izləyəcək.
"Qəbələ" – "Araz-Naxçıvan" qarşılaşması 16:30-da başlayacaq.