"Araz-Naxçıvan"ın dörd futbolçusu "Sumqayıt"la oyunu buraxacaq

"Araz-Naxçıvan"ın dörd futbolçusu bu gün "Sumqayıt"a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının XXIX turunun oyununda meydana çıxmayacaq.

Bu barədə Sportline.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.

Sezar Meza Kolli və İssuf Paro ilə bağlı isə baş məşqçi Elmar Baxşıyev qərar verəcək. "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda xəsarət alan Paronun zədəsinin ciddi olmadığı bəlli olub. Oyunçunun əzələsində gərginlik aşkarlanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sumqayıt" qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.