"Araz-Naxçıvan"ın rəqibində ayrılıq yaşanıb

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) qapıçısı Filip Sidklevlə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Saloniki klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı isveçli qolkiper Qətər təmsilçisi "Əl-Biddə"yə transfer olunub.

Qeyd edək ki, F.Sidklev 2024-cü ildən Yunanıstan klubunda çıxş edirdi.