Argentinalı qolkiper Tçuamenini ələ salıb
Argentina millisinin qolkiperi Emi Martinez fransalı futbolçu Orelyen Tçuameni haqqında danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli qolkipper Dünya Çempionatında Orelyen Tçuameninin penaltı vuruşundan öncə əsəbi olmasını ələ salıb. Emi Martinez müdafiəçi haqqında danışarkən "Tçuameni mənimlə göz-gözə gələrkən nə düşündü bilmirəm, amma qol vuracağını düşnməsi uşaqlıqdır",-deyib.
Orelyen Tçuameni isə cavabında "Penaltı zərbələri loterayadır. Bəzən alınır, bəzən isə alınmır. Bunu çox da böyütmək olmaz.Qalib gəlmisənsə dadını çıxar, çünkü bir də olmayacaq Emi",-deyib.
Qeyd edək ki, Emi Martinze sonuncu Dünya Çempionatının ən yaxşı qolkiperi seçilib.