Arif Rəhimov: "Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq"

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib".

Sportline.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib: "Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.