"Arsenal" 19 yaşlı futbolçunun xidmətində maraqlıdır

"Ayaks"ın niderlandlı futbolçusu Jorrel Hato "Arsenal"ın maraq dairəsindədir.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu Hato üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

19 yaşlı müdafiəçinin "Ayaks"la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Hato bu mövsüm çıxış etdiyi 44 matçda 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.