"Arsenal" "Ayntraxt"a elçi düşüb
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike "Arsenal"ın transfer hədəfinə çevrilib.
Sportline.az "Sun" qəzetinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Ekitike üçün "Ayntraxt"a rəsmi təklif göndərəcək.
22 yaşlı forvard "Arsenal"da çıxış etməyə müsbət yanaşır. İngiltərə klubunun rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda rəqib qapılarından 19 top keçirib.