"Arsenal" fransalı futbolçunu heyətinə qatmaq istəyir
"Arsenal" "Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitikeni transfer etmək istəyir.
Sportline.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Ekitike üçün "Ayntraxt"a rəsmi təklif göndərəcək.
22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 19 qol və 8 asistlə yadda qalıb.