"Arsenal" ingiltərəli futbolçusu ilə yola davam edəcək
"Arsenal" ingiltərəli futbolçusu Bukayo Saka ilə bağlı qərar verib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, London klubu Sakaya yeni müqavilə təklif edib.
23 yaşlı futbolçunun hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Saka bu mövsüm çıxış etdiyi 24 matçda 9 qol və 14 asistlə yadda qalıb.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 150 milyon avro olaraq qiymətləndirilir.