"Arsenal" Qabriyelin transfer qiymətini açıqlayıb
"Arsenal" brazilyalı futbolçusu Qabriyel Maqalayeşin transfer qiymətini açıqlayıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubu Maqalayeş üçün 100 milyon avro tələb edir.
"Əl-Nəssr" və "Əl-İttihad" 27 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Qeyd edək ki, Maqalayeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 5 qol və 3 asistlə yadda qalıb.