"Arsenal"a şad xəbər
"Arsenal"ın oyunçusu Bukayo Saka uzun bir fasilədən sonra məşqlərə geri dönüb.
Sportline.az xəbər verir ki, klubun mətbuat xidməti sosial şəbəkə hesabında Sakanın məşqdən olan fotosunu paylaşdı.
İngiltərəli yarımmüdafiəçi keçən ilin dekabrında əməliyyat edilmişdi.
Saka bu mövsüm "topçular"ın heyətində Premyer Liqada 16 oyunda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Həmçinin, o, Çempionlar Liqasında 5 qarşılaşmada 4 qol vurub və 2 qol ötürməsi edib.