"Arsenal"da şok zədə

Ulduz futbolçu Qabriel Jezus əzələ zədəsinə görə bir müddət oynmayacaq.

Sportline.az xəbər verir ki, "Arsenal"ın hücumçusu Çempionlar Liqasının qrup mərhələsində "Sevilya" ilə oyunun (2:1) 81-ci dəqiqəsində əvəzlənib. Onun "Sevilya"ya vurduğu qol qitə turnirində həftənin ən yaxşısı hesab olunub.

"Sambaçı" cari mövsüm "topçular"ın heyətində 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.