"Aston Villa" 2 futbolçusu ilə bağlı qərarını verdi

"Aston Villa" 2 futbolçusu ilə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu maddi vəziyyəti ilə bağlı 2 futbolçusunu komandadan göndərəcək. Bunlar Cakob Remsi və Duqlas Luizdir.

İngiltərə mediası "Arsenal" klubunun hər 2 futbolçu ilə yaxından maraqlandığı ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, "Asto Villa" klubu hər 2 futbolçunun satışından ümumilikdə 150 milyon avro qazanc əldə etmək istəyir.