"Aston Villa"nın futbolçusu "Liverpul"un radarına düşüb

"Liverpul" "Aston Villa"nın ingiltərəli futbolçusu Oli Uotkinsi transfer etmək üçün hərəkətə keçib. 

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Uotkinsi üçün "Aston Villa" ilə danışıqlara başlayacaq.

29 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 47 matçda 15 qol və 12 asistlə yadda qalıb.

Qeyd edək ki, Uotkinsi "Aston Villa" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.