"Atletiko" heyətini fransalı oyunçu ilə gücləndirib

"Barselona"nın müdafiəçisi Kleman Lanqle icarə əsasında "Atletiko"ya keçib.

Sportline.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

29 yaşlı fubolçu 2018-ci ildə "Sevilya"dan "Barselona"ya keçib. O, daha sonra icarə əsasında "Aston Villa" və "Tottenhem"də çıxış edib.

Qeyd edək ki, Kataloniya klubu ilə 160 oyuna çıxan Lenqle 7 qolla yadda qalıb. Fransa millisinin formasını 15 dəfə geyinən müdafiəçi orada 1 qola imza atıb.