"Atletiko" kubokla vidalaşdı, "Real" məğlub oldu

İspaniya Kubokunda 1/8 final mərhələsinin cavab görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 3 qarşılaşma keçirilib. 

Favoritlərdən "Atletiko" "Jirona" ilə görüşdə rəqibin müqavimətini qıra bilməyib və mübarizəni dayandırıb. 

"Real" isə "Leqanyes"ə məğlub olsa da, yoluna davam edir.

Nəticələri diqqətinizə çatdırırıq:

16 yanvar 2019
İspaniya Kuboku
1/8 final (cavab oyunları)

"Atletiko" - "Jirona" - 3:3
İlk oyun: 1:1

"Sevilya" - "Atletik" - 0:1
İlk oyun: 3:1

"Leqanyes" - "Real" - 1:0
İlk oyun: 3:0