"Atletiko Madrid" satışa çıxarılıb

İspaniyanın "Atletiko Madrid" klubunun yeni sahibinin Stefen Ross olacağı deyilir. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Mayami Dulfins"in prezidenti Stefen Ross İspaniya klubunu almaq qərarına gəlib. 

Amerika və İspaniya mediasında yayılan xəbərlərə əsasən hər iki klub rəsmiləri arasında görüşmələrin başlandığı bildirilib. 

Qeyd edək ki, "Atletiko Madrid"in hazırki dəyəri 2 milyard 518 milyon avrodur.