"Atletiko" meksikalı yarımmüdafiəçi aldı

İspaniyanın "Atletiko" klubu son olaraq Portuqaliyanın "Portu" komandasında çıxış edən Hektor Erreranı heyətinə qatıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayacaq.

Meksika millisinin üzvü "Atletiko"ya azad agent kimi keçib.

Qeyd edək ki, Hektor Errera ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub