"Atletiko Nasional" klubunun futbolçusu cəzalandırılıb
"Atletiko Nasional" klubunun futbolçusu Xorman Kampusano 4 oyunluq cəzalandırılıb.
Sportline.az xəbər verir ki, o, Kolumbiya futbolunda danışılmış oyunların mövcud olması ilə bağlı yazdığı posta görə günahkar sayılıb.
Komandasının “Millonarios”la qarşılaşmasında hakimlərin işi futbolçunun qəzəbinə səbəb olub. Oyundan sonra o, sosial şəbəkə hesabında post yazaraq insanları Kolumbiya futbolunda mövcud olan danışılmış oyunları görməyə çağırıb.
Qeyd edək ki, Xorman Kampusano 4 oyunluq diskvalifikasiya ilə yanaşı, 4,5 min ABŞ dolları məbləğində də cərimələnib.