"Atletiko" - "Valensiya" matçında 5 qol

İspaniya çempionatında 34-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququnu qazanan "Atletiko" (Madrid) bu dəfə "Valensiya"nı qəbul edib. "Vanda Metropolitano" arenasında matça meydan sahibləri daha yaxşı başlayıblar. Madridlilərin hücumları 9-cu dəqiqədə nəticə verib. Alvaro Morata yerli komandaya üstünlük qazandırıb. 1-0.

Buraxılan topdan sonra fəallaşan "yarasalar" 36-cı dəqiqədə bərabərlik qolunu vurmağa nail olublar. Kevin Qameyro fərqlənib. Fasiləyədək başqa qol vəziyyətləri yaransa da hesab dəyişməyib.

2-ci hissəyə madridlilər qolla başlayıblar. Antuan Qrizman yerli azarkeşləri sevindirib. Lakin "Valensiya" yenidən tarazlığı bərpa edib. 77-ci dəqiqədə Daniel Parexo 11 metrlik cərimə zərbəsini dəqiq yerini yetirib. Bununla belə bir qədər sonra Anxel Korrea yenidən qonaqları oyuna mərkəzdən başlamağa məcbur edib. Qalan vaxtda başqa qol olmayıb.

3:2 hesablı qələbə sayəsində xallarının sayını 71- ə çatdıran Atletiko 2-ci pillədəki mövqeyini möhkəmləndirib.