"Atletiko" yeni qapıçı transfer edib

"Atletiko" "Atalanta"nın qapıçısı Xuan Mussonu icarə əsasında rənglərinə bağlayıb.

Sportline.az Madrid klubunun rəsmi hesabına istinadla xəbər verir ki, argentinalı qolkiperlə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Atalanta klubuna bu transfer müqabilində 1.5 milyon avro ödənilib.

Musso 2021-ci ildən "Udinese"dən "Atalanta"ya transfer olunub. O, ötən mövsüm Berqamo klubu ilə 24 oyunda 21 qol buraxarkən 11 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 5 milyon avro transfer dəyəri olan 30 yaşlı qapıçının İtaliya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.