"Atletiko"dan daha bir transfer

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi "Espanyol"un müdafiəçisi Mario Hermosonu alıb. 24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 25 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, M. Hermoso 2017-ci ildən "Espanyol"da oynayırdı.