"Atletiko"dan növbəti qələbə

İspaniya La Liqasının 33-cü turunda "Atletiko" "Eybar"ın qonağı olub.

Sportline.az xəbər verir ki, Madrid təmsilçiləri 1 qolla qələbəyə yiyələniblər. "Atletiko" 68 xalla ikinci pillədə qərarlaşıb. Yarış cədvəlinin lideri "Barselona"nın aktivində isə 74 xal var.

"Eybar" 0:1 "Atletiko"
Qol:
Toma Lemar, 85.