"Atletiko" oynayacağı klubu seçdi

"Atletiko"dan ayrılacağını bəyan edən Fransa millisinin üzvü Antuan Qrizmann gələcəyi barədə danışıb.

Sportline.az "Telematin"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yeni klubunu seçdiyini deyib:

"Yeni mövsüm hansı klubda oynayacağımı bilirəm. Onu deyə bilərəm ki, Mayamidə deyil".

Qrizmann "Atletiko"da 2014-cü ildən çıxış edirdi.