"Atletiko"nun prezidenti Feliksə uğurlar arzuladı

"Atletiko Madrid"in prezidenti Enrike Serezo Joao Feliksdən danışıb.

Sportline.az jurnalist Fabrizio Romanoya istinadla xəbər verir ki, funksioner cari mövsüm icarə əsasında "Barselona"da oynayan Joao Feliksə uğurlar arzu edib.

“Aydındır ki, Feliks Avropanın ən yaxşı oyunçularından biri olacaq. Ona "Barselona"da uğurlar arzulayıram. O, hazırda "Barsa"da icarə əsasında oynayır, lakin onlar Joao ilə daimi müqavilə imzalamaq istəsələr, şübhəsiz ki, bunu etmək imkanlarına sahib olacaqlar”, – deyə Serezo bildirib.

Feliks bu mövsüm "Barselona"da 14 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.