ATP seriyalı Stokholm turnirində finalçılar müəyyənləşdi

ATP seriyalı Stokholm turnirində yarımfinal mərhələsi yekunlaşıb.

Sportline.az xəbər verir ki, yarışın yarımfinal mərhələsində qalib gələn Amerika Birləşmiş Ştatları tennisçisi Tommi Poul və kanadalı Denis Şapovalov finala yüksəlib.

Həlledici görüş bu gün Bakı vaxtı ilə saat 19-da olacaq.