"Audi" həvəskarlarına müjdə
Almaniyanın "Audi" avtomobil şirkəti avqustun 26-da "Formula 1" üzrə dünya çempionatına gəlişini rəsmən elan edəcək.
Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, bu, sabah - Belçika Qran-prisindən öncə mətbuat konfransında açıqlanacaq.
Konfransda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Bin Sulayem də iştirak edəcək.
"Audi"nin təkcə öz mühərrikini yaratması deyil, həm də hazırda "Formula 1"də "Alfa Romeo" brendi altında çıxış edən "Sauber"in əsas sahibi olacağı gözlənilir. Almaniya təmsilçisi komandada 75 faiz pay sahibi olmalıdır.
Növbəti vaxtlarda isə "Volkswagen" konserninin digər brendi "Porsche"nin "Red Bull" tərəfdaşı kimi "Formula 1"ə daxil olması gözlənilir.