AVRO-2024: Bu gün 4 komanda finala vəsiqə qazana bilər

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Sportline.az xəbər verir ki, C, E və H qruplarında IX turun ümumilikdə 7 görüşü olacaq.

C qrupunda İtaliya işini çətinə salmamaq üçün öz meydanında Şimali Makedoniyaya qalib gəlməlidi. Bu qrupda İngiltərə final mərhələsinə vəsiqəni öncədən təmin edib.

E qrupunda Albaniya və Çexiyaya qələbə Almaniyadakı turnirə yollanmaq imkanı verəcək.

H qrupunda isə Danimarka – Sloveniya qarşılaşmasının qalibi final mərhələsinə yollanacaq. Qazaxıstan evdə San Marinoya uduzarsa, Danimarka ilə Sloveniya birlikdə Avropa çempionatına yollanacaq. Ancaq bu, çox kiçik ehtimaldı.

AVRO-2024-ün seçmə mərhələsi

IX tur

17 noyabr

C qrupu

23:45. İngiltərə - Malta

23:45. İtaliya – Şimali Makedoniya

E qrupu

21:00. Moldova – Albaniya

23:45. Polşa – Çexiya

H qrupu

19:00. Qazaxıstan - San Marino

21:00. Finlandiya - Şimali İrlandiya

23:45. Danimarka – Sloveniya