AVRO-2024: İsrailin oyunları azarkeşsiz keçirilə bilər

AVRO-2024-ün seçmə mərhələsində baş tutacaq Kosovo - İsrail oyunu ilə bağlı yenilik var.

Sportline.az xəbər verir ki, təhlükəsizlik baxımından qarşılaşma azarkeşsiz keçirilə bilər.

Matç noyabrın 12-də Priştinada keçiriləcək. Amma hələ də bilet satışı başlanmayıb.

Yekun qərar bu gün Kosovo Futbol Federasiyasının nümayəndələri ilə yerli təhlükəsizlik strukturları arasında keçiriləcək görüşdə qəbul ediləcək.