AVRO 2024 Luka Modriç üçün 9-cu böyük turnir olacaq

Xorvatiya millisi Luka Modriçin də daxil olduğu AVRO 2024-ün 26 nəfərlik  heyətini açıqlayıb.

Sportline.az xəbər verir ki, Avro 2024 37 yaşlı yarımmüdafiəçi üçün 9-cu milli komanda turniri olacaq.(Yalnız Dünya və Avropa çempionatları nəzərə alınır).

Xatırladaq ki, Modriçin ilk böyük turniri 2006-cı il Dünya Kuboku olub və o, həmin vaxt ümumilikdə 18 dəqiqə oynayıb.

O vaxtdan bəri Modriç yalnız DÇ-2010-da iştirak etməyib, çünki Xorvatiya millisi həmin turnirə vəsiqə qazana bilməmişdi.

Qeyd edək ki, təcrübəli futbolçu ötən günlərdə klubu "Real" Madrid ilə 1 illik yeni müqaviləyə imza atıb.