Avroliqa: "Fənərbağça" seriyada önə keçdi

Basketbol üzrə Avroliqa yarışında pley-off görüşləri davam edir.

Sportline.az xəbər verir ki, Litvada yerli “Jalqiris” komandası “Fənərbağça”nı qəbul edib. İstanbuldakı görüşlərdə komandalar hərəyə 1 qələbə qazandığından bu oyunun əhəmiyyəti böyük idi.

Qarşılaşmaya meydan sahibləri yaxşı başalasar da, “Fənərbağça” basketbolçuları sürprizə imkan verməyiblər. İstanbul klubu 66:57 hesabı ilə qalib gələrək seriyada hesabı 2:1 edib. Bu komandalar arasınakı 4-cü görüş aprelin 25-də məhz elə bu arenada olacaq. Xatırladaq ki, seriyada 3 qələbə qazanan komanda “dördlər finalı”na adlayacaq.