Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

Sportline.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.