Avropa Liqasında yeni rekord

Avropa Liqasının qrup mərhələsinin II turunda yeni rekord qeydə alınıb.

Sportline.az xəbər verir ki, 24 oyunda ümumilikdə 15 penalti təyin olunub. Bu, turnirin yeni rekordudur.

Ən çox penalti Avstriya "Volfsberq"inin Niderlandda "Feyenoord"u 1:4 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınıb. Avstriya təmsilçisi 3 penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, daha əvvəl bir gün ərzində baş tutan qarşılaşmalarda 10 penalti (penalti seriyası nəzərə alınmadan) vurulub.