"Ayaks" autsayderdir
PSV Niderland çempionatının 10-cu turunun matçında evdə "Ayaks"ı darmadağın edib - 5:2.
Sportline.az xəbər verir ki, meydan sahiblərinin heyətində İrvinq Lozano het-trik edib. Meksikalı 20, 60 və 72-ci dəqiqələrdə fərqlənib. Digər qolları Luk de Yonq (49-cu dəqiqə) və İsmael Saibari (52-ci dəqiqə) vurublar.
“Ayaks”ın qollarını Branko van den Bomen (10-cu dəqiqə) və Brayan Brobbi (40-cı dəqiqə) vurub.
PSV 30 xalla çempionatda liderliyini davam etdirir. "Ayaks" (5 xal) turnir cədvəlinin sonuncu pilləsinə düşüb.