"Ayaks"da gözlənilən baş verdi

Amsterdamın "Ayaks" klubu "qara zolaq"dan çıxa bilmir.

Sportline.az xəbər verir ki, komandanın uğursuz çıxşının məntiqi nəticəsi olaraq baş məşqçi ilə yollar ayrılıb.

Klubun rəsmi saytı Moris Steynin istefa verdiyi haqda məlumat yayıb.

49 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqavilə pozulub. 

Qeyd edək ki, Steyn bu mövsüm "Ayaks"ın sükanı arxasına keçmişdi. 

Onun rəhbərliyi altında 11 oyuna çıxan komanda 2 qələbə qazansa da, 5 dəfə məğlubiyyətlə barışıb.

Daha 5 oyun heç-heçə ilə başa çatıb.

Niderlandın ən məşhur klubu hazırda cəmi 5 xalla yarış cədvəlinin autsayderlər qrupundadır.