"Ayın ən yaxşı futbolçusu" bəlli oldu
Fransa 1-ci Liqasında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, PSJ-nin forvardı Kilian Mbappe bu nominasiyada bütün rəqiblərini qabaqlayıb. O, oktyabrda PSJ-də çıxdığı üç oyunda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mbappe komanda yoldaşı Uorren Zair-Emeri və “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovini qabaqlayıb.
Ümumiyyətlə fransız futbolçu ölkə çempionatının cari mövsümündə 10 oyuna 10 qol vurub və 1 dəfə məhsuldar ötürmə edib.