"Ayın ən yaxşısı" müəyyənləşdi
İspaniya La Liqasında yanvar ayının ən yaxşı futbolçusu bəlli olub. SportLine.az xəbər verir ki, Bilbao "Atletik"inin hücumçusu İnyaki Uilyams "ən yaxşı" adına layiq görülüb.
Qeyd edək ki, 24 yaşlı forvard ötən ay La Liqada 4 oyuna 3 qol vurub.