"Azarkeşlərin dəstəyi ilə biz bir çox titula sahib ola bilərik"

"Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah yeni müqavilə imzalaması barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu komandanın kuboklar qazanacağına inandığını bildirib:

“Əgər inamım olmasaydı, bu müqaviləyə imza atmazdım. İnanıram ki, “Liverpul” böyük uğurlara imza ata bilər. Azarkeşlərin dəstəyi ilə biz bir çox titula sahib ola bilərik. Mövsüm başlamamışdan əvvəl İngiltərə çempionluğunu istədiyimi demişdim. Etiraf edim ki, bu istəyim gündən-günə daha da artır”.

Qeyd edək ki, Salah 2017-ci ilin yayında "Liverpul" klubuna transfer olunub. O, bu komandada İngiltərə Premyer Liqası, ölkə kubokları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı kimi turnirlərdə qalib gəlib. Tərəflər bu gün 2027-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə bağlayıblar.